Polis bu qadını axtarır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələ şəhər sakini, 1987-ci il təvəllüdlü Səidə Abdullayeva aprelin 23-də kirayədə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, itkin düşən şəxsin boyu 155 sm, orta bədən quruluşlu, gözlərinin rəngi şabalıdı, saçları isə sarımtıldır.
Şəkildəki qadını görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin Qəbələ Rayon Polis Şöbəsinin (024)205-18-28 şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
59 yaşlı qadın itkin düşdü
Ağsuda 59 yaşlı qadın itkin düşüb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, rayo...