Polis Bəxtiyar Hacıyevi təhdid edən şəxsi tutdu
Bakı polisi tərəfindən Bəxtiyar Hacıyevin sosial şəbəkələrdə təhdid olunması ilə bağlı müraciəti əsasında araşdırma aparılıb.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Yasamal RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb.
Müəyyən olunub ki, E.Bağırov CM-nin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Dənizə neft axıdan və bunu çəkərək sosial şəbəkələrdə paylaşan şəxslər müəyyənləşib
“Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin ərazisində dənizə neft axıdılmasını əks etdirən videonun sosial şəbəkələrdə yayılması ilə əlaqədar “Azneft” İstehsa...