Polis 85 toy şənliyində yoxlamalar aparıb
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri fevralın 10-da Bakıda və respublikanın digər ərazisində 85 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, monitorinq 84 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Nəticədə toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib, 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib.
COVID-19 pasportu olmadığına görə 32 nəfər şənliklərə buraxılmayıb.
Oxşar xəbərlər
Toyda karantin qaydalarını pozan şəxs həbs edildi
Yanvarın 21-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərind...