Poliklinikanın şüşəsini sındıran və həkimləri yaralayan şəxs qazi deyil - RƏSMİ - YENİLƏNİB - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya növbəsində müəssisənin qapısını sındıran və üç həkimə xəsarət yetirən şəxs qazi deyil”.
BAKU.WS xəbər verir ki, bunu "oxu.az"ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.
Onun sözlərinə görə, həmin şəxsin kimliyi məlum olub:
“Hadisəni törədən şəxs 1978-ci il təvəllüdlü Ceyhun Ağayevdir. Onun 90-cı illərin Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etməsi ilə bağlı dedikləri yalandır.
Həmin vaxt onun 16 yaşı olub. Vətəndaşın törətdiyi əməllə bağlı tərəfimizdən araşdırma aparılır”.
“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə DİN rəsmisi qeyd edib.
***11:58
Səhiyyə Nazirliyi Bakıda vaksin olunmaq istəyən vətəndaşın poliklinikanın qapısının şüşəsini sındırması ilə bağlı açıqlama verib.
BAKU.WS-in məlumatına görə, Nazirliyin Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə axşam saat 18:40 radələrində baş verib.
"Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır.
Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib.
Faktla bağlı artıq hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...