PKK 13 mülki Türkiyə vətəndaşını qətlə yetirib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin 13 mülki vətəndaşı PKK/KCK terror təşkilatı tərəfindən öldürülüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı ölkənin müdafiə naziri Hulusi Akar açıqlama verib.
O bildirib ki, İraqın şimalında təşkil olunan “Pəncə Qartal - 2” antiterror hərəkatı zamanı 13 nəfər silahsız mülki vətəndaşın meyiti aşkarlanıb. Onlar terror təşkilatı tərəfindən əsir alınaraq qətlə yetiriliblər.
Əməliyyatlar zamanı həmçinin 48 terrorçu öldürülüb, ikisi isə sağ olaraq ələ keçirilib.
Məsələ ilə bağlı Türkiyənin Xarici İşlər naziri Melüt Çavuşoğlu da “Twitter” hesabında paylaşım edib. Nazir qeyd edib ki, qəhrəman əsgərlərin qarşısına çıxmağa cəsarət etməyən terrorçular mülki əhalini qətlə yetiriblər.
Oxşar xəbərlər
İlham Əliyev Hulusi Akarla görüşdü - YENİLƏNİB - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini...