Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 min manatlıq İDDİA

Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 min manatlıq İDDİA
Hadisə 19

Bakı Ağır Cinayətlər Məhkəməsində idarə etdiyi marşrut avtobusu ilə piyadanın ölümünə səbəb olan Samir Mamedovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid A.B. bildirib ki, hadisə baş verən gün təqsirləndirilən Samir Mamedov onun sahibi olduğu maşını təmirə aparıb. Daha sonra ona zəng edərək, qəza törətdiyini bildirib.

Məhkəmə sənədlərin tədqiqi mərhələsinə başladığını elan edib.

Zərərçəkən şəxsin hüquqi varisinin vəkili mülki iddia qaldıraraq 50 170 manat mənəvi təzminat, eləcə də 240 manat dövlət rüsumunun ödənilməsini istəyib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi mülki iddia ərizəsinin hələ mülki cavabdehlərə təqdim olunmadığını əsas gətirərək, baxılmamış saxlanıldığını bildirib.

Növbəti proses iyunun 25-də saat 16:30-a təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci il dekabrın 2-də Binə qəsəbəsi ərazisində qeydə alınıb.

Samir Loğman oğlu Mamedov idarə etdiyi "Daewoo" markalı marşrut avtobusu ilə qəsəbə ərazisində piyadanı vurub. Ağır xəsarətlər alan piyada Vurğun Cəlil oğlu Əliyev hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, Samir Mamedov Cinayət Məcəlləsinin 263-1.3 maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər