Piyadanı öldürüb qaçan sürücü tutuldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 7-si axşam saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən piyada Vüqar Süleymanov vurulub və o, aldığı xəsarətlərdən ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən QAZ-3110 markalı avtomobilin sürücüsü, əvvəllər məhkum olunmuş Xəyyam Yusubov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda piyadanı vurub qaçan şəxsin görüntüləri - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Bakıda piyadanı vurub qaçan şəxsin görüntülərini yayıb. DİN-in Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Sabunçu rayonu Zabrat q...