Piyada avtomobillərin altında qalıb, bədəni bir neçə hissəyə parçalanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir rayonunda avtomobillərin altında qalan piyadanın bədəni bir neçə hissəyə parçalanıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Chevrolet” markalı nəqliyyat vasitəsinin sürücüsü, Bakı sakini Alızadə İsmayıl Sakit oğlu Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Kürdəmir rayon Ərəbqubalı kənd sakini Əliyev İlham Sabir oğlunu vurub.
Piyada zərbənin təsirindən yolun digər hissəsinə düşüb və digər avtomobillərin altında qalıb. Nəticədə piyadanın bədəni bir neçə hissəyə parçalanıb.
Dünyasını dəyişən şəxsin cəsədinin qalıqları yoldan yığılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Maşın eyni anda 2 piyadanı vurub öldürdü - YENİLƏNİB - VİDEO
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. İdarədən BAKU.WS-ə daxil olan məlumatda d...