PFL prezidentinin son durumu açıqlanıb

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun son durumu açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-a PFL-in Media və marketinq direktoru Sənan Abdullayev bildirib.
O, E.Səmədovun müalicəsinin davam etdiyini bildirib:
"Həkimlər fizioterapiyaya ara verməməyi, fasiləsiz davam etdirməyi tapşırıblar. Nəticələrə uyğun olaraq, yaxın zamanlarda əməliyyatın vaxtını müəyyənləşdirəcəklər. Həkimlər hər şeyin onların tapşırıqlarına uyğun müsbətə doğru getdiyini bildirirlər".
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisədən sonra E.Səmədov bir neçə dəfə əməliyyat olunub.
Oxşar xəbərlər
Bakıda pişiklərə işgəncə verərək öldürən manyak PEYDA OLUB - GÖRÜNTÜLƏR
Bakının Binəqədi rayonu ərazisində pişiklərə zülm verərək onları öldürən manyak peyda olub. Bu barədə BAKU.WS-in "qaynar xətti"nə yerli sakinlər məlumat verib....
