Paytaxtda avtomobilin şüşəsi sındırıldı - Saxlanılan var
16
avq
2025
14:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə naməlum şəxsin paytaxtın Nizami rayonu ərazisində "KİA" markalı avtomobilin şüşəsini sındırması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
BAKU.WS-in məlumatına görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əmlakı qəsdən məhv etmədə şübhəli bilinən 40 yaşlı Azad Zamanov müəyyən olunaraq saxlanılıb.
Onun barəsində toplanan material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və A.Zamanov 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...