"Patı" istifadə edən oğru binanın komendantını bıçaqladı - FOTO/ VİDEO

Patı istifadə edən oğru binanın komendantını bıçaqladı - FOTO/ VİDEO
Foto Video
Hadisə 1664

Paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında oğurluq hadisəsi baş verib.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, hadisə dünən saat 11.00 radələrində olub. Narkotik maddə sayılan "patı" istifadəçisi olduğu deyilən şəxsin binaya daxil olaraq elektrik naqillərini oğurladığı müəyyən edilib.

Binanın komendantı Faiq Qurbanovun müqaviməti ilə rastlaşan həmin şəxs komendanta bıçaqla hücum edərək qaça bilib.

Hadisə müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Qeyd edək ki, bina sakinləri bu tip oğurluq hadisələrinin tez-tez baş verdiyini bildirirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər