Özünü qatarın altına atan qadının əri: "Gizlicə telefon işlədirdi..." - FOTO
29
avq
2017
19:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Aida Cəlil qızı Əlizadə özünü yük qatarının altına ataraq özünü öldürmək istəyib. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Vel kəndi ərazisində qeydə alınıb.İntihara cəhd edən qadının əri Rəvan Əlizadə bildirib ki, arvadı ondan gizlin mobil telefon işlətdiyi üçün aralarında mübahisə olub: "Arvadıma mobil telefon işlətməyi qadağan etmişdim. Dörd gün bundan əvvəl gördüm ki, məndən xəbərsiz mobil telefon alıb və gizlin işlədir. Buna görə də mübahisə etdik. Bu gün evdən çıxanda mənə dedi ki, anasıgilə gedəcək. Mən nəbilim ki, gedib özünü qatarın altına atar?!"Qeyd edək ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilən qadının bir ayağı amputasiya olunub.BAKU.WS
Oxşar xəbərlər
Lənkəranda telefon üstündə əri ilə dalaşan qadından GÖZLƏNİLMƏZ ƏMƏL
Lənkəran rayonunda qadın özünü qatarın altına ataraq intihara cəhd edib.BAKU.WS xəbər verir ki, "Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Vel k...