Özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edən Xəyalə SAXLANILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Ağsuda dələduzluq edən qadın saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb.
O, zərərçəkmişlərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və əvvəlcədən ödəniş etmələri müqabilində həmin şəxsləri sosial müavinət, eləcə də güzəştli mənzillə təmin edəcəyinə dair yalan vədlər verib. Bu üsulla X.Kərimova 8 min manatdan artıq pul əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
Abşeron rayonunda kişi borc aldığı arvadını bıçaqlayıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Qəsəbə...