Özlərini Dövlət Vergi Xidmətinin əməkdaşları kimi təqdim edərək sahibkarlardan pul yığırlar

Özlərini Dövlət Vergi Xidmətinin əməkdaşları kimi təqdim edərək sahibkarlardan pul yığırlar
Video
Hadisə 100

Abşeron və Sumqayıt ərazisində özlərini Dövlət Vergi Xidmətinin əməkdaşları kimi təqdim edərək sahibkarlardan pul yığan şəxslər var.

Məlumata görə, onlar Masazır kəndində bir neçə ticarət obyektinə daxil olaraq guya "vergi xidmətləri" həyata keçirdiklərini bildiriblər. Hətta bəzi hallarda "müqavilə" adı altında saxta sənədlərə məcburi imza atdırıblar.

Həmin şəxslər ticarət obyektlərindən birinin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.

BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, sözügedən şəxslərin quruma heç bir aidiyyəti yoxdur və onların bu cür "xidmətləri" mövcud deyil.

Xidmətdən o da bildirilib ki, bu hal təkcə Abşeron və Sumqayıt ərazisində deyil, ölkənin bir sıra bölgələrində də müşahidə olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən isə "Xəzər Xəbər"ə bildirilib ki, məsələ ilə bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Son xəbərlər