Oyunda tanış olduğu qadını çılpaq fotoları ilə hədələyən şəxsə cəza verildi

Oyunda tanış olduğu qadını çılpaq fotoları ilə hədələyən şəxsə cəza verildi
Hadisə 244

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Bağır Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Bağır Məmmədova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

İttihama görə, Bağır Məmmədov onlayn oyun portalında tanış olduğu zərərçəkmiş Sənubər Qaraşovanın (adı, soyadı şərtidir) etibardan sui-istifadə edib özünü imkanlı şəxs kimi təqdim edərək ailə quracağını yalandan vəd verib. O, qadını aldatmaqla uzun müddətli sevgi münasibətlərini və Sənubərin "WhatsApp"dan ona göndərdiyi çılpaq şəkilləri, habelə aralarında olan intim yazışmalardan ibarət rüsvayedici məlumatların dostu kimi təqdim etdiyi, guya Daxili İşlər Nazirliyində işləyən, əslində, ümumiyyətlə, həyatda mövcud olmayan uydurma "Nazim" adlı şəxs tərəfindən gizli olaraq qeydiyyata alındığını bildirib. Bağır 2022-ci ilin noyabr ayında kirayə yaşadığı ünvanın yaxınlığında olarkən mobil telefonu vasitəsilə zəng vuraraq həmin məlumatları onun valideynlərinə və rəsmi nikahda olan ərinə göndərilməklə yayılacağı ilə hədələyib. O bu məlumatların guya "Nazim" adlı şəxsin yaymaması üçün qadından hədə-qorxu ilə ümumilikdə 12 520 manat pul alıb.

Bundan başqa, Bağır Məmmədov Sənubər Qaraşovanın həyat yoldaşına qarşı ümumilikdə 27 820 manat və digər şəxsə isə 63 000 məbləğində dələduzluq edib.

Son xəbərlər