Ötən gün qətlə yetirilən şəxs əməkdar məşqçi imiş - FOTO

Ötən gün qətlə yetirilən şəxs əməkdar məşqçi imiş - FOTO
Foto
Hadisə 207

Dekabrın 23-də Beyləqanda qətlə yetirilən Kamil Fərzəliyev əməkdar məşqçi olub.

BAKU.WS-in Report-a istinadla məlumatına görə, ikiqat dünya və ikiqat Avropa çempionu, yunan-Roma güləşçisi Eldəniz Əzizlinin ilk məşqçisi olan mütəxəssis tanışı Rafiq Əliyevlə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirilərək öldürülüb.

Rafiq Əliyev şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə istintaq davam edir.

Qeyd edək ki, Kamil Fərzəliyev 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər