Hərbçi toyda vəfat etdi - FOTO - YENİLƏNİB

Hərbçi toyda vəfat etdi - FOTO - YENİLƏNİB
Hadisə 238

Goranboyda 40 yaşlı Yardımlı sakini Pərviz Əliqulu oğlu Şərbətov dünyasını dəyişib.

BAKU.WS “Unikal”a istinadən xəbər verir ki, hadisə Safıkürd kəndində keçirilən toy mərasimində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Pərviz Şərbətovun vəziyyəti toy məclisində qəfil pisləşib və ölüb.

Bildirilib ki, Pərviz Şərbətov kapitandır. O, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Onun ölüm səbəbinin ürəktutmadan olduğu bildirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Hərbçi toyda vəfat etdi - FOTO - YENİLƏNİB

***11:05

Azərbaycan Ordusunun zabiti Şərbətov Pərviz Əliqulu oğlu məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər