Ordumuzun hərbçisi qar uçqununa düşərək həlak oldu - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gədəbəy rayonu, Qalakənd kənd sakini, müddətdən artıq hərbi qulluqçu Hüseynov Savalan Bəxtiyar oğlu qar uçqununda qalaraq vəfat edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, onun meyiti uçqundan çıxarılaraq ailəsinə təhvil verilib. S.Hüseynov bu gün dəfn ediləcək.
S.Hüseynovun üç azyaşlı övladı qalıb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumatı təsdiq ediblər. Bildirilib ki, hadisə fevralın 8-i saat 17 radələrində baş verib:
“Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır”.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...