Ordubadda qaya uçqunu nəticəsində 32 ev qazsız qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ordubad rayonunun Pəzməri kəndində baş verən qaya uçqunu nəticəsində 32 ev qazsız qalıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hazırda ərazidə təmir-bərpa işləri aparılır.
***09:43
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu qeydə alınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, intensiv yağışlar nəticəsində Ordubadın Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qaya uçqunu olub.
Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, yol kənarındakı infrastruktura ziyan deyib.
Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yolun bir hissəsi nəqliyyat vasitələri üçün açılıb, digər hissəsinin açılması üçün işlər aparılır.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...