Ordubad rayonunda qanunsuz balıq ovlayan şəxslər cərimələnib
Yeniliklərdən dərhal xəbərdar olun
Ordubad rayonunda qanunsuz balıq ovlayan şəxslər cərimələnib.
"Report"un Naxçıvan bürosu xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları reyd keçiriblər.
Reyd zamanı Ordubad rayonunun Azad kəndin yaxınlığından keçən Gilançayda qadağan olunmuş üsulla qanunsuz balıq ovlayan şəxslər aşkarlanıb və onlar haqqında müvafiq tədbir görülüb.
Araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Ordubad rayonunun Azad kənd sakinləri Cəlilov Kamran, Kazımov Nahir və Əsgər Şahin olduğu müəyyənləşib.
Faktlarla bağlı protokollar tərtib olunub və bu istiqamətdə işlər davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda qanunsuz balıq və quş ovlayan şəxslər saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz balıq və quş ovlayan şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bild...