Oqtay Şirəliyevdən YENİ ƏMR - Narkoloji Mərkəzin baş direktoru dəyişdi
14
yan
2020
15:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Səhiyyə naziri Oqtay Şirəliyevin 14.01.2020-ci il tarixli əmrinə əsasən Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen vəzifədən azad edilib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.
Verilən məlumata görə, Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
Səhiyyə Nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.
Oxşar xəbərlər
Oqtay Şirəliyev bu Mərkəzin direktorunu İŞDƏN ÇIXARDI
Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin direktoru işdən çıxarılıb. BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə,...