Oqtay Gülalıyevin oğlu reanimasiyaya yerləşdirilib
Bakı Sağlamlıq Mərkəzi (BSM) hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbrizin səhhəti barədə məlumat yayıb.
BSM-dən BAKU.WS-ə verilən məlumata görə, Təbriz Güləliyev dünən axşam saatlarında təcili tibbi yardım maşını vasitəsi ilə huşu aydın, baş və üz, eləcə də bədənin digər nahiyyələrində olan çoxsaylı travmalarla xəstəxanaya gətirilib.
Qeyd olunub ki, təcili tibbi yardım şöbəsində ilkin yardım göstərildikdən sonra xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilərək plan üzrə müayinə və müalicəsinə başlanılıb:
"Müayinə nəticəsində xəstəyə müştərək travma, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol tərəfli almacıq sümüyünün və burun sümüklərinin çoxsaylı yerdəyişmiş sınıqları, burun kürəyinin əzilmiş, sol qaş nahiyyəsinin sıyrılmış yaraları, sol tərəfli paraorbital hematoma, sağ diz qapağının yerdəyişmiş sınığı diaqnozu qoyulub. Hazırda vəziyyəti stabildir, müalicə və müşahidə davam etdirilir".
Qeyd edək ki, mayın 25-də Təbriz Gülalıyev idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Sabunçu rayonunun Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən vətəndaş Aynur Əhmədovanın idarə etdiyi “Kia” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxşar xəbərlər
Oqtay Gülalıyev yenidən əməliyyata alınıb
Hüquq müdafiəçisi Oqtay Gülalıyev növbəti dəfə əməliyyata alınıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat veriblər. “İlk...