Online şəkildə “patı” satan şəxslər həbs edildi - FOTO/ VİDEO

Online şəkildə “patı” satan şəxslər həbs edildi - FOTO/ VİDEO
Foto Video
Hadisə 193

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayon sakini İ.Quliyev və H.Nəsirov saxlanılıb və keçirilən baxış zamanı hər ikisinin üzərindən “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Onların həmin psixotrop maddəni Cəlilabad rayon sakini Ə.Cəfərovdan əldə etdiyi müəyyən olunduğundan sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan Cəlilabad rayon sakinləri N.Abdullayev və İlham Kərimov da saxlanılıblar.

Onların üzərindən hazır bükümlərdə satış üçün hazırlanmış heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Nazirlikdən verilən digər məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə onlayn yolla narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Əməliyyat zamanı Gəncə şəhər sakini Elşad Quliyev tutularaq istintaqa cəlb edilib. Onun üzərindən və idarə etdiyi avtomobilin yük yerindən 22 bükümdə satış üçün hazır qablaşdırılan heroin, “patı” adlanan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilib.

Elşad Quliyev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığı və özünün də həmin narkotik vasitələri onlayn yolla satdığını bildirib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elşad Quliyev tutularaq istintaqa cəlb olunub vəbarəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DİN-in “patı” əməliyyatı davam edir: Daha 4 nəfər saxlanıldı - FOTO

DİN-in “patı” əməliyyatı davam edir: Daha 4 nəfər saxlanıldı - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və “patı”, şüşə kimi tanınan p...

1813 Hadisə 11:46 19 iyul 2021

Son xəbərlər