Ölkəyə qeyri-qanuni gətirilən siqaretlər ələ keçirildi
13
noy
2019
19:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda tütün məmulatlarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. DGK-dan BAKU.WS-ə verilən məlumata görə, Kiyev-Bakı aviareysi ilə gələn sərnişinləri qarşılayan Azərbaycan Respublikası vətəndaşı həmin sərnişinlərdən siqaretləri qəbul edib və hava limanının qarşısındakı “Kia Optima” markalı avtomobilə yığarkən saxlanılıb. Daha sonra nəqliyyat vasitəsinə baxış keçirilib. Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerindəki iki ədəd sellofan paketdə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 14000 ədəd “HEETS” və 600 ədəd “Parliament Silver Blue” markalı siqaretlər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gürcüstandan qanunsuz yolla gətirilən 3 minə yaxın siqaretlər aşkarlanıb - FOTO
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 2960 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.Dövlət Gö...