Ölən şəxsə saxta arayış verən keçmiş bələdiyyə sədrinə HÖKM OXUNDU
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.
BAKU.WS "modern.az"a istinadən xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran rayon Məhkəməsi tərəfindən 3 il müddətə azadlığın məhdudlaşdırılması, 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, A.Mirzəyeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3- cü (Mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz işindən istifadə edərək törədildikdə),179.2.4-cü (Mənimsəmə və ya israf etmə xeyli ziyan vurmaqla törədildikdə), 308.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitdən təyinatı üzrə istifadə edilməməs) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.
Xatırladaq ki, Aygün Mirzəyeva iki il öncə ölən şəxsə saxta arayış verməsi ilə gündəmə gəlmişdi.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...