Oğuzda qəzaya düşən ata və oğlun kimliyi məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qəbələ rayonu istiqamətində hərəkətdə olan 99-HS-664 dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobil qarşısına çıxan "İJ" markalı motosikleti vurub. Nəticədə motosikletin sürücüsü Taleh Məhərrəmov hadisə yerində dünyasını dəyişib, onun atası Gündüz Məhərrəmov isə müxtəlif dərəcəli xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oğuzda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO
Oğuz rayonunda yol qəzası baş verib.BAKU.WS report-a istinadən Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki m...