Oğuzda ölümlə nəticələnən ağır qəza - FOTO

Oğuzda ölümlə nəticələnən ağır qəza - FOTO
Foto
Hadisə 19

Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə bildirilib ki, bu gün saat 16 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində Rəvan Osmanovun idarə etdiyi “Opel” markalı avtomobil ilə İntiqam Nəbiyevin idarə etdiyi “VAZ-2107” toqquşub.

Hadisə nəticəsində sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 1961-ci il təvəllüdlü Tofiq Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər