Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb

Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb
Hadisə 91

Oğuzda baş verən qəzada xəsarət alanların kimliyi bəlli olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində sürücü 37 yaşlı Aybəniz Sadıqova, sərnişinlər - 66 yaşlı Mirvari Balammədova, Arzu Əliyev (65), Ramiz Balammədov (71), Nərmin (13), Nərgiz (10) və Nuran (2) Sadıqovalardır.

Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

*** 13:01

Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində maşında olan bir neçə nəfər xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda ildırım yaşayış binasına düşdü

Azərbaycanda ildırım yaşayış binasına düşdü

Tovuz rayonunun Dondar Quşçu kəndində yaşayış evində yanğın baş verib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın Kəmalə Qasımovaya məxsus ikimərtəbəli...

129 Hadisə 22:35 09 oktyabr 2026

Son xəbərlər