Oğul anasını traktorla vuraraq öldürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Ucarda oğul anasını traktorla vuraraq öldürüb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib.
1989-cu il təvəllüdlü Ucar sakini Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən 1959-cu il təvəllüdlü anası Adilə Əkbər qızı Abbasovanı vurub. Ağır xəsarət alan A. Abbasova həyatını itirib.
Bakı-Qazax magistral yolunun Ucarın Qaradağlı kəndi ərazisindən keçən hissəsində də ölümlə nəticələnən qəza baş verib.
46 yaşlı kənd sakini Seymur Vaqif oğlu Səmədovu naməlum avtomobil vurub. Piyada hadisə yerində ölüb. Sürücü hadisə yerindən uzaqlaşıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...