Oğlunu xilas edərkən polislə birgə boğulan qadın müəllim imiş - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, iyulun 21-də Naxçıvandakı Uzunoba gölündə iki nəfər boğularaq ölüb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, göldə bataraq həyatını itirən 1984-cü il təvəllüdlü Səadət Aslanlı Naxçıvan Musiqi Kollecində müəllim işləyirmiş.
O, 13 yaşlı oğlu Muradın boğulduğunu görərək suya atılıb və özü də boğulmağa başlayıb. Bu zaman gölün sahilində xidmətdən kənar vaxt ailəsi ilə istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən uşağı xilas edib. Daha sonra uşağın anası S. Aslanlını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.
Həyatını itirən müəllimin fotosunu təqdim edirik.
Qalereya
Oxşar xəbərlər
Azyaşlı uşağı ölümdən xilas edən polis özü suda boğuldu - FOTO
Naxçıvan MR Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan polis əməkdaşı boğularaq həyatını itirib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliy...