Ödənişli yolda baş verən dəhşətli qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi ötən ay qeydə alınıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumatda qeyd olunub ki, hadisə 13 yanvar 2024-cü il tarixdə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Siyəzən rayonu Böyük Həmyə kəndi ərazisindən keçən 111-ci kilometrdə qeydə alınıb.
Sürücünün “BMW-320” markalı 77-MH-914 dövlət qeydiyyat nişanlı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən idarəetmənin itirilməsi səbəbindən avtomobil eyni istiqamətdə, yolun sağ kənarına çıxaraq, təhlükəsizlik sədlərini qırıb keçməklə aşıb.
Hadisə nəticədə sürücü həyatını itirib, nəqliyyat vasitəsində olan digər üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
***10.20
Bakı-Quba-Rusiya Federasiyası yolunda qəza olub.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.
Videoda BMW markalı avtomobilin yoldan kənara aşdığı görüntülənib.
Hələ ki, hadisə nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...