İnsanları mənzil başına deyil, ölümə aparan sürücü cəzalandırıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda avtobus sürücüsünün telefonla oynayıb, əllərini sükandan çəkərək kiməsə mesaj yazıb yola davam etməsinə dair görüntülər sosial şəbəkələrdə gündəm olub.
BAKU.WS xəbər verir ki, sürücü bununla da sərnişinlərin həyatını təhlükəyə atıb.
Sosial şəbəkələrdə yayılan görüntülər paytaxtın Mərdəkan qəsəbəsindən “Neftçilər” metro stansiyasına doğru hərəkət edən 141 nömrəli marşrut avtobusunda qeydə alınıb.
Sərnişinlər bildiriblər ki, belə kobud qayda pozuntularına yol verən sürücülər onları sanki ölümə aparır.
Sərnişinlər məsuliyyətsiz sürücülərə qarşı sərt tədbirlərin görülməsini istəyirlər.
Daşıyıcı şirkətdən isə "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən görüntülərlə bağlı araşdırma aparılıb, lazımi tədbirlər görülüb və həmin sürücü artıq işdən azad olunub.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı – Bakıda inanılmaz görüntülər – VİDEO
Bakıda marşrut sürücüsü azyaşlı uşağı qucağında otuzduraraq avtobus idarə edib.BAKU.WS xəbər verir ki, həmin vaxt sərnişinlərdən biri sürücünün şəklini çəkərək...