Novxanıda istirahət mərkəzində iki kişi qısqanclıq zəminində bıçaqlanıb

Novxanıda istirahət mərkəzində iki kişi qısqanclıq zəminində bıçaqlanıb
Hadisə 125

Novxanıda istirahət mərkəzində iki kişi qısqanclıq zəminində bıçaqlanıb.

Bu barədə BAKU.WS-ə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 6-sı saat 01 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzində iki şəxsə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla qeyd edilən istirahət mərkəzində Sədulla Sərdari və Ramiz Yarəliyevin qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı orada istirahətə gələn Həmid Abulov və Namid Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürülmələrinə cəhd edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ramiz Yarəliyev və Sədulla Sərdari şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda arvadını balta və bıçaqla qətlə yetirən kişi tutulub

Bakıda arvadını balta və bıçaqla qətlə yetirən kişi tutulub

Bakıda həyat yoldaşını balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirən kişi tutulub. Xətai rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə,...

237 Hadisə 20:35 04 yanvar 2022

Son xəbərlər