Novxanıda 22 yaşlı oğlan dənizdə batıb

Novxanıda 22 yaşlı oğlan dənizdə batıb
Hadisə 209

Novxanıda 22 yaşlı oğlan dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 1999-cu il təvəllüdlü Abbasov Oqtay Vidadi oğlunun batması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər