Nohurqışlaqda dağdan yıxılan şəxsin xilas olunma ANI
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələ rayonu, Nohurqışlaq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfər köməksiz vəziyyətdə qalıb.
BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1986-cı il təvəllüdlü Orxan İkram oğlu Məmmədovun dağlıq ərazidə hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər çətin keçidli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....