Nigar Camaldan ona qarşı edilən dələduzluqla bağlı AÇIQLAMA - FOTO

Müğənni Nigar Camal ona qarşı edilən dələduzluqla bağlı açıqlama verib.
BAKU.WS-in məlumatına görə, ifaçı buna görə Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb və şikayət ərizəsi yazıb. Bu barədə sənətçi özü açıqlayıb:
"Bu gün ərizə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldım. Bir neçə gün öncə adımdan TikTok hesabı açıb, insanları şantaj edən şəxslə bağlı şikayət ərizəmi yazdım. Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir. Daxili İşlər Nazirliyi başda olmaqla, məsələylə yaxından maraqlanan polislərimizə, Bakı Şəhər Baş Polis İdarəsinə öz təşəkkürümü bildirirəm. Yekun nəticə ilə bağlı yaxın günlərdə açıqlama verəcəyəm. Məsələni işıqlandıran bütün media orqanlarına isə minnətdaram".
Xatırladaq ki, Elşad Məmmədov adlı şəxs Tiktokda sənətçinin adına saxta hesab açaraq onun fanatlarına mesaj yazıb. Məqsədi pərəstişkarlarını Nigar Camalla görüşdürmək olub.
Lakin bunu müəyyən pul qarşılığında edəcəyini bildirib. Nigarın sevənlərindən həm də şəkilini istəyən Elşad Məmmədov, daha sonra bu şəkilləri yaymaqla onları şantaj edib. Bu barədə ifaçı şəxsi instaqram hesabında bildirib. Nigar fanatlarını bu şəxsdən gələn mesajlara cavab yazmamağa səsləyib.


Oxşar xəbərlər
Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə mə...