İnfarkt keçirdiyi deyilən Ceyhun Əsgərov açıqlama verdi - YENİLƏNİB

İnfarkt keçirdiyi deyilən jurnalist Ceyhun Əsgərov danışıb.
BAKU.WS-ə açıqlama verən jurnalist bildirib ki, infarkt keçirdiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
***16:41
Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov infarkt keçirib.
BAKU.WS "Publika.az"a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə vasitəsilə məlumat yayıb. Ceyhun Əsgərov qeyd edib:
"Bu həyatda skeptik olmaq çox rahatdır. Mən də həmişə bu rahat yolu seçib, bir çox məsələlərə kənardan, sanki mənə heç bir toxunuşu olmayacaq kimi yanaşmışam. Amma indi infarkt diaqnozu ila yataqda düşünürəm ki, bəlkə də səhv etmişəm".
Qeyd edək ki, ANS-də məşhurlaşan C.Əsgərov bir sıra media qurumlarında çalışıb və hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində mətbuat xidmətinin rəhbəridir.

Oxşar xəbərlər
ANS-dən XƏBƏR VAR
Bu gün Bakı Apellyasiya Məhkəməsində "ANS Müstəqil Yayım və Media" Şirkəti Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəm...
