Nəsimidə telefon və skuter oğruları saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonu ərazisində bir nəfər 2200 manat dəyərində mobil telefonunun oğurlanması barədə polisə məlumat verib.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 48 yaşlı E.Əhmədov müəyyən olunaraq saxlanılıb.
Həmçinin, Nəsimi rayonu ərazisində evlərin birinin qarşısından 800 manat dəyərində skuter oğurlamaqda şübhəli bilinən N.Abdullayev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...