Nərimanovda həyətə quraşdırılan şlaqbaumlar narazılıq yaratdı
Bakı şəhər Nərimanov rayonu Ədhəm Orucəliyev küçəsi 1952-ci məhəllədə fəaliyyət göstərən bir qrup sakin və sahibkar burada quraşdırılmış şlaqbaumdan narazıdır.
BAKU.WS xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən şikayətçilər keçidə nəzarət mexanizminin onların gündəlik həyatına mənfi təsir etdiyini bildiriblər.
Onların sözlərinə görə, binanın həyətyanı torpaq sahəsinin giriş-çıxış yolları üzərində quraşdırılmış şlaqbaumlar qanunsuzdur:
"Bir qrup şəxs və şəxslər tərəfindən qanunsuz nəzarət yaradıldığından xeyli vaxtdır sözügedən ünvanın sakinləri olaraq evlərimizə və iş yerlərimizə giriş-çıxışlarda süni maneələrlə qarşılaşırıq. Şlaqbaum quraşdıraraq, pultları müəyyən məbləğə satırlar və almağa məcbur edilirik. Əks halda avtomobillə həyətyanı sahəyə girişimiz məhdudlaşdırılır. Danışıq apardığımız zaman isə "aidiyyəti qurumlarla razılaşmışıq" kimi fikirlər səsləndirirlər".
Vətəndaşlar məsələ barədə aidiyyəti qurumlara müraciət etdiklərini deyiblər.
Mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, məsələ araşdırılır, müvafiq tədbirlər görüləcək.
Oxşar xəbərlər
İrandan Azərbaycana 55 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 55 kiloqram 574 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib....