Nərimanovda avtomobillərdən oğurluğun ANBAAN GÖRÜNTÜLƏRİ
Nərimanovda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonunda bir nəfərə məxsus "Changan" markalı avtomobilin şüşəsinin sındırılaraq nəqliyyat vasitəsindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı Qabil Kərimov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı onun paytaxt ərazisində daha 2 avtomobildən ümumilikdə 580 manat, qol saatı və boyunbağı oğurladığı da müəyyən olunub.
Qeyd edək ki, Q.Kərimovun etdiyi əməllər təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
16 yaşlı Kamal və Anar axtarılır
Ağcabədidə iki yeniyetmə itkin düşüb. BAKU.WS xəbər verir ki, 16 yaşlı Kamal Məhərrəmli və Anar Məmmədov 22 iyun 2026-cı il tarixində saat 17:20 radələrində ray...