Qarabağ və Zəngəzurda minaya düşən hərbçilərin sayı AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və yaralanan hərbçilərin sayı açıqlanıb.
BAKU.WS xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, hazırkı dövrədək 124 hərbçi minaya düşüb.
Qeyd edilib ki, nəticədə 7 hərbi qulluqçu həlak olub, 117-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə mina partlaması nəticəsində 32 mülki şəxs həlak olub, 67-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxşar xəbərlər
Füzulidə minaya düşən şəxslərin son durumları AÇIQLANDI - YENİLƏNİB
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Füzuli rayonunda minaya düşən şirkət əməkdaşlarının son durumunu açıqlayıb. ANAMA-nın Mətbuat Xidmətindən BAKU.WS-ə b...