Nazirliyin sabiq vəzifəli şəxsinə cinayət işi AÇILDI

Nazirliyin sabiq vəzifəli şəxsinə cinayət işi AÇILDI
Hadisə 128

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cənub Regional Hidrometeorologiya Müəssisəsinin sabiq direktoru Hüseynov Cavid Həsənağa oğlu mənimsəmədə ittiham olunur.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Əldə olunan məlumata görə, C.Hüseynov nazirliyə 31 min manat dəyərində maddi ziyan vurub.

Prosesə Lənkəran Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Cavid Hüseynov bu ilin yanvar ayında nazir Muxtar Babayevin əmrilə işdən azad olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Rabitə işi": "80 min manat nə puldur ki, mənə də qalsın?!"

"Rabitə işi": "80 min manat nə puldur ki, mənə də qalsın?!"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliy...

1949 Hadisə 13:30 18 yanvar 2017

Son xəbərlər