Nazirlik palçıq vulkanının görüntülərini yaydı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Quşçu palçıq vulkanı Azərbaycan Respublikasının Şamaxı rayonu, Quşçu kəndi ərazisində yerləşir.
BAKU.WS xəbər verir ki, vulkanda son püskürmə 24 yanvar 2021-ci il tarixində qeydə alınıb.
Bundan əvvəl, 2019-cu ilin fevralında qeyda alınan və 1 dəqiqə 30 saniyə davam edən püskürmə zamanı vulkanın hündürlüyü 15-20 metrə qalxıb, təqribən 2 hektar ərazini əhatə edib.
Quşçu kiçik vulkan olsa da, aktiv vulkanlar sırasına daxildir.
Onun ilk püskürməsi 1913-cü ildə qeydə alınıb. Quşçu vulkanı son 200 il ərzində 15 dəfə püskürüb. Ən güclü püskürmələri 1917, 1941, 1992-ci illərdə qeydə alınmışdır. Bundan öncəki püskürməsi 2018-ci ilin yanvar ayında baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quşçu palçıq vulkanı ilə bağlı yaydığı görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Şamaxıda Quşçu vulkanı püskürüb - YENİLƏNİB
Şamaxı rayonunun Quşçu kəndi ərazisində vulkan püskürüb. APA-nın yerli bürosunun xəbərinə görə, vulkan püskürməsindən öncə ərazidə güclü uğultu səsi eşidilib. S...