Nazirlik Binəqədidə qanunsuz tikilini sökdü
Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsində qanunsuz tikili sökülüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qəsəbə ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
Qalereya
Oxşar xəbərlər
Şəmkirdə məktəblilər arasında dava qanla bitdi
Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayon Kür qəsəbəsində qeydə alınıb. Belə ki, Kür qəsəbə sakinləri, 2009-...