Nazilə Səfərli həbs olunub? - DİN-dən AÇIQLAMA

Şairə Nazilə Səfərlinin Kəlbəcərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə məlumat yayılıb.
BAKU.WS xəbər verir ki, “Qafqazinfo” hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, Nazilə Səfərlinin həbs xəbəri həqiqəti əks etdirmir:
“Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil. O, bir neçə nəfər şəxslə birgə qanuna müvafiq şəkildə portalda qeydiyyatdan keçməklə işğaldan azad edilmiş ərazilərə səfər edib”.
Qeyd edək ki, N.Səfərli həbs xəbərləri yayılandan sonra Şəmkirdə toyda sosial şəbəkə vasitəsilə canlı yayıma çıxıb.
Oxşar xəbərlər
Vüqar Səfərli Əli Həsənov və oğlu ilə bağlı məhkəməyə şikayət etdi
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən verilən...
