Naxçıvanda İrandan Türkiyəyə gedən yük maşınında 77 kiloqram narkotik tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına "divar paneli" yükü aparan Türkiyə Respublikasının vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək" gömrük postunda kinoloji xidmət iti tətbiq edilməklə əsaslı yoxlamaya cəlb olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Yoxlama zamanı yük nəqliyyat vasitəsində "divar paneli" yükünün içərisində aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilmiş halda, gümüşü rəngli folqaya bükülmüş 24 ədəd bağlamada külli miqdarda, ümumi təmiz çəkisi 77 kq 150 qr olan narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırılma aparılır.
Qalereya
Oxşar xəbərlər
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
"Azərbaycan səhiyyəsi daha bir diplomsuz rəhbərdən xilas oldu. Pərviz Abubəkirov uzun illər tutduğu Səhiyyə Nazirliyinin mətbuat katibi vəzifəsindən ayrıldı. Bu...