Naxçıvanda evlərin zirzəmisini su basıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhəri, Əliabad qəsəbəsində və 20-ci məhəllə ərazisində bəzi fərdi yaşayış evlərinin zirzəmisinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.
Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.
Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.
Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...