Naxçıvanda ayının hücum etdiyi 51 yaşlı kişinin vəziyyəti açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanda ayı hücumuna məruz qalan kişinin vəziyyəti stabildir.
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyindən (TMİB) bildirilib.
Məlumatda bildirilir ki, Babək rayonunun Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məzahir Tağı oğlu Məmmədov hər iki bud, baldır, sağ said əl, qarın nahiyəsinin ayı dişləməsindən sonrakı əzilmiş, didilmiş və cırılmış yarası ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabildir.
Xatırladaq ki, Babək rayonunun Payız kəndində ayı ata və oğula hücum çəkib.
Hadisə nəticəsində Məzahir Məmmədov xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...