Naxçıvanda 10 milyonluq taxıl qalmaqalı: Fuad Nəcəflinin həbsinə hazırlıq gedir
Yeniliklərdən dərhal xəbərdar olun
"Naxçıvan Taxıl Məhsulları" MMC-nin icraçı direktoru Şakir Tarverdiyev həbs olunub.
BAKU.WS xəbər verir ki, həbsin təfərrüatı Teleqraf-a məlum olub.
Bildirilir ki, Şakir Tarverdiyev 10 milyon tondan artıq taxılı 6 milyon 500 min manata sataraq pulu mənimsəyib. Bu işi o, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin göstərişi ilə edib.
Nəticədə Naxçıvanın taxıl ehtiyatları tükənib.
Şakir Tarverdiyevə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Mötəbər mənbənin məlumatına görə, Naxçıvanın bir sıra müvafiq qurumlarının rəhbərlərindən məsələ ilə bağlı izahat alınıb.
Ötən il noyabrın 12-də ölkə başçısının sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilən Fuad Nəcəflinin də istintaqa cəlb edildiyi və həbsinə hazırlıq getdiyi qeyd edilir.
Oxşar xəbərlər
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
Abşeron rayonunda kişi borc aldığı arvadını bıçaqlayıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Qəsəbə...