Naxçıvan-Bakı sərnişin avtobusu dərəyə aşıb, 16 nəfər xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu qəzaya düşüb.
"Report"un yerli bürosunun məlumatına görə, qəza nəticəsində avtobusun sürücüsü və 15 sərnişin xəsarət alıb.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılıb.
***17:03
Naxçıvanda avtobus qəzaya düşüb, 15-dən çox sərnişin xəsarət alıb.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15 sərnişin xəsarət alıb.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının (MR) Daxili İşlər (DİN) və Fövqəladə Hallar (FHN) nazirliklərinin əməkdaşları cəlb olunub.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....